Şrift:
Braziliyada sutka ərzində koronavirusdan rekord ölüm halları qeydə alınıb
04.06.2020 [15:55] - Gündəm, Sosial
Braziliyada son sutka ərzində COVID-19 infeksiyası səbəbindən 1349 nəfər həyatını itirib ki, bu da epidemiyanın başlanğıcından bəri ölkədə qeydə alınan ən yüksək göstəricidir

Braziliya Səhiyyə Nazirliyinin saytı xəbər verir ki, həmçinin ötən sutka ərzində 28 min 633 nəfərdə COVID-19 xəstəliyi aşkarlanıb.

Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 14:30-a olan məlumatına əsasən, Braziliyada 584 min 562 yoluxma və 32 min 568 ölüm faktı qeydə alınıb, 266 min 132 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicə alan 285 min 862 xəstədən 8318-nin vəziyyəti ağır qiymətləndirilir.

Ölkə koronavirusa yoluxma hallarına görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur. Dünya Səhiyyə Təşkilatı hazırda COVID-19 pandemiyasının episentrinin Cənubi və Şimali Amerika olduğunu elan edib.

Braziliya Prezidenti Jair Bolsonaru dəfələrlə koronavirus təhdidini şişirdilmiş saydığını bildirib. Həkimlərin tövsiyəsinə baxmayaraq o, maskadan və əlcəkdən istifadə etmir, kütləvi tədbirlərə qatılır, eyni zamanda, izolyasiya rejiminin və müəssisələrin fəaliyyətinin dayandırılmasının əleyhinə çıxır. Prezident pandemiya şəraitində tətbiq ediləcək strategiya barədə mübahisələrdən sonra aprelin ortalarında Səhiyyə naziri Enrike Mandettanı istefaya göndərib. “Instagram”, “Twitter” və “Facebook” sosial şəbəkələri koronavirus infeksiyasının qeyri-ciddiliyi barədə informasiya yaydığına görə dəfələrlə Jair Bolsonarunun qeydlərini pozub.
Bu xəbər oxucular tərəfindən 159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed