Şrift:
Ermənistanda koronavirusa yoluxmuş 500-ə yaxın xəstənin vəziyyəti ağırdır
04.06.2020 [20:04] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda koronavirusa yoluxmuş insanlardan 391-nin vəziyyəti ağır, 59-nun vəziyyəti isə çox ağırdır. Bundan başqa, 15 nəfər süni aparata qoşulub.

Bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan məlumat verib.

Nazir deyib: “Bütün bunlar Ermənistanda əhalinin, xüsusən də sənaye komplekslərində çalışan insanların məsələyə laqeyd münasibəti ucbatından baş verir. Təcrübə göstərir ki, sənaye kollektivlərində aşkarlanan yoluxma halları sonradan xəstəliyin alovlanmasına yol açır”.

Qeyd edək ki, Ermənistanda Baş nazir Nikol Paşinyan da daxil olmaqla, 11 min 121 nəfər koronavirusa yoluxub.

Onlardan 176 nəfəri ölüb, 3468 nəfəri sağalıb.
Bu xəbər oxucular tərəfindən 200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed