Şrift:
İmişlidə indiyədək qoyunlardan 40 tondan çox yun qırxılıb
05.06.2020 [10:25] - Gündəm, İqtisadiyyat
İmişlidə qoyunçuluq əsas təsərrüfat sahələrindən biridir. Rayonda bu sahəyə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürürlər.

Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda qoyunçuluq təsərrüfatlarında 255 min 617 baş qoyun-keçi bəslənilir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1191 baş çoxdur.

Xeyli vaxtdır ki, rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımına başlanılıb. İndiyədək fermerlər 40 tondan çox yun tədarük ediblər. Hər qoyundan orta hesabla 1,9 kiloqram yun götürülür. Ötən il isə bu rəqəm 1,8 kiloqram olub. Ayrı-ayrı fərdi təsərrüfatlarda hər qoyundan 2,1 və 2,2 kiloqram yun qırxılır.

Yun qırxımı davam edir.
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed