Şrift:
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb
05.06.2020 [10:44] - Xəbərlər, Mədəniyyət
Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkil etməkdir.

Əmrə əsasən, şuranın sədri Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, üzvləri Təhsil Nazirliyi Aparatı rəhbərinin müavini Fərzəli Qədirov, Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Elnur Məmmədov, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Murad Camalzadə və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovdur.

İnsan resursları şöbəsi (E.Bağırov) və Hüquq şöbəsinə (A.Cəfərov) 30 gün müddətində Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının Əsasnaməsini hazırlayıb təsdiq üçün təqdim etmələri tapşırılıb.

Nazir əmrin icrasına nəzarəti öz üzərində saxlayıb.
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed