Şrift:
Londonda Azərbaycan bədii və sənədli filmləri festivalı keçiriləcək
19.10.2012 [11:37] - Mədəniyyət, Diaspor
Noyabrın 1-dən 4-dək Londonda Azərbaycan bədii və sənədli filmlərinin festivalı keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Festival Avropa-Azərbaycan Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Neft Fondu tərəfindən təşkil olunacaq. Festival çərçivəsində Azərbaycan rejissorları ilə diskussiyanın keçirilməsi nəzərdə tutulur. Eyni zamanda bədii sənətin sərgisi də nümayiş olunacaq.

Festivalda “Buta” (Rejissor İlqar Nəcəf), “Müqəddəs heyvan” (Yavər Rzayev), “40-cı Qapı” (Elçin Musaoğlu), “Seçki dairəsi” (İlqar Safat) filmləri göstəriləcək.
Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed