Şrift:
Azərbaycanlı rejissor iranlıların irqçi yanaşmasını tənqid edib
05.06.2020 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Kömür” filminin rejissoru öz İnstagram səhifəsində “İrqi ayrı-seçkiliyin İran növü” başlıqlı yazı paylaşaraq iranlıların ABŞ-da Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən öldürülməsinə qarşı etirazına münasibət bildirib:





“Bu günlərdə bir çox iranlı haqlı olaraq ABŞ-da qaradərili bir vətəndaşın öldürülməsinə, ona qarşı irqçi davranışa etiraz edir. Əlbəttə ki, hər hansı bir irqi bərabərsizlik qınanmalıdır. Lakin illərdir ki, İranda müxtəlif formalarda yayılmış olan irqçi davranışlar haqqında düşünürükmü?





Müxtəlif etnik qruplara və millətlərə hörmətsizlik edib lağ etməyimiz irqçi davranış deyilmi ?! kimisə “anlamır” demək istədikdə türk və ya lor adlandırmağımız necə? Bir-birimizə təhqir etmək məqsədilə əfqanlı deməyimiz irqçilik sayılmırmı?





Bu ölkədəki bütün (qeyr-fars) dillərə və dialektlərə gülüb onları lağa qoymaq, bu hərəkətin sadəcə bir fərdə qarşı deyil, bir etnik qrupa qarşı terrorçuluq olduğunu düşünməmək irqçi davranış deyilmi? Türklər, kürdlər, ərəblər və s. xalqları öz dillərində təhsil hüququndan məhrum etmək necə?





Məgər şiələr, sünnilər, zərdüştilər, bəhailər, xristianlar, yəhudilər və s. bu ölkədə eyni hüquqlara sahibdirlər? Bu cəmiyyətin qadınlarına qarşı istər qanunda, istər düşüncədə qeyri-bərabər münasibət ayrı-seçkilik deyilmi?”



Münsif yazısının sonunda “demokratik düşüncələrinin Amerikaya qədər uzanan” bəzi İran vətəndaşlarının öz ölkələrində bütün bu bərabərsizliyə göz yummalarını qınayıb.





Qeyd edək ki, İsmayıl Münsif tərəfindən türk (Azərbaycan) dilində çəkilən filmlər dəfələrlə ayrı-seçkiliyə məruz qalıb, filmlərin ekrana çıxarılmasına maneçilik törədilib.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed