Şrift:
srail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb
05.06.2020 [14:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Suriya İnsan Haqları Monitorinq Qrupunun rəhbəri Rami Əbdülrəhman jurnalistlərə açıqlamasında deyib ki, İsrail qırıcılarının hava hücumunda Hemah-ın qərbində yerləşən “Məsiyaf” məntəqəsində Suriya ordusunun və İran hərbçilərinin nəzarətində olan silah anbarları, eləcə də qısa mənzilli raketlər istehsal edən hərbi mərkəz hədəfə alınıb.



Qeyd edək ki, İsrail ordusu son aylar Suriyada Bəşər Əsəd rejiminə və "Sepah" terror təşkilatına məxsus hərbi mərkəzləri dəfələrlə bombardman edib. Hava hücumları nəticəsində "Sepah”ın və Əsəd rejiminin yüzlərlə muzdlusu həlak olub.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed