Şrift:
Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub
05.06.2020 [14:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Əhvaz Yanğınsöndürmə Təşkilatının rəhbəri İbrahim Qənbəri iyunun 4-də mediaya açıqlama verib.



O bildirib ki, son günlər müəyyən səbəblərə görə yanğın hadisələrinin sayının artması ilə əlaqədar yanğınsöndürənlərin də fəaliyyəti artıb və onlar əvvəlki vaxtlarla müqayisədə daha çox koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalıblar: “Bundan əvvəl 47 yanğınsöndürəndən götürülən test nümunələri müsbət çıxmışdı. Son günlər isə daha 5 yanğınsöndürən pandemiya yoluxucu xəstəliyinə tutulub.


Bununla da, Xuzistanın Əhvaz şəhərində bu günə qədər “Covid-19” infeksiyasına yoluxan yanğınsöndürənlərin sayı 52 nəfərə çatıb, xəstəliyə yoluxmuş bir əməkdaşımız da həyatını itirib” -deyə, Əhvaz Yanğınsöndürmə Təşkilatının rəhbəri İbrahim Qənbəri əlavə edib.
Bu xəbər oxucular tərəfindən 480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed