Şrift:
Böyük Britaniyada koronovirusdan həyatını itirənlərin sayı 40 min 261 nəfərə çatıb
06.06.2020 [10:05] - Gündəm, Sağlıq
Son 24 saat ərzində Böyük Britaniyada koronovirusdan 357 nəfər həyatını itirib. Bu ölkədə pandemiya nəticəsində ölənlərin sayı 40 min 261 nəfərə çatıb.

Aparılan araşdırmalar zamanı virusun 80 yaşdan yuxarı insanlara daha çox təsir etdiyi müəyyənləşib. Həmçinin Avropada koronovirusdan ölüm halı ən çox İtaliyada (33 min 600 nəfər) qeydə alınsa da, artıq Britaniya İtaliyanı geridə qoyub.

Koronovirusla bağlı gündəlik mətbuat konfransında çıxış edən Səhiyyə naziri Met Hankok iyunun 15-dən etibarən ictimai nəqliyyatda tətbiq olunacaq maskadan istifadənin vacibliyi barədə qərarın xəstəliyin yayılmasının qarşısını almağa kömək edəcəyini söyləyib.
Bu xəbər oxucular tərəfindən 113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed