Şrift:
İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb
06.06.2020 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hadisə İranın Yəzd şəhərində baş verib. Belə ki, naməlum səbəblərdən İran polisi miqrantları daşıyan maşına atəş açmağa başlayıb. Nəticədə avtomobil alışıb. Hadisə nəticəsində 3 əfqan mühacir yanaraq ölüb, 8 nəfər isə yaralanıb.



Əfqanıstan Xarici İşlər Nazirliyi məsələyə "Twitter"də bildirdiyi münasibətdə İran tərəfindən araşdırmalar aparmaq üçün baş vermiş hadisə ilə bağlı onlara dəqiq məlumat verməyi tələb etdiklərini qeyd edib.



Yəzd icra hakiminin siyasi-təhlükəsizlik məsələləri ilə iş üzrə müavini Əhməd Tərəhhümü Behabadi polisin avtomobilə atəş açması faktını təsdiqləsə də, maşının alışmasını digər səbəblə əlaqələndirib. O iddia edib ki, polis nəqliyyat vasitəsinin təkərinə atəş açdıqdan sonra sürücü hərəkətə davam edib və təqribən maşını 8 kilometr disk üzərində sürməsindən yaranan qığılcımlar nəticəsində alov yaranıb.



Qeyd etmək lazımdır ki, İranın təhlükəsizlik qüvvələri əfqan və pakistanlı mühacirlərlə qeyri-insani rəftarlarına görə tez-tez gündəmə gəlirlər. Son dəfə may ayında İran sərhədçilərinin əfqanıstanlı miqrantları çaya atması nəticəsində onlarla adam suda boğularaq ölmüşdü.
Bu xəbər oxucular tərəfindən 131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed