Şrift:
Sədərək rayonunda keçirilən əmək yarmarkasında 12 nəfərə işə göndəriş verilib
06.06.2020 [12:46] - Gündəm, Sosial
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda növbəti əmək yarmarkası təşkil olunub.

Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, yarmarkaya 2-si dövlət, 4-ü isə özəl sektordan olmaqla, ümumilikdə 6 müəssisədən 73 boş iş yeri çıxarılıb. Tədbirdə 12 nəfərə işə göndəriş verilib, 4 nəfər isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyata alınıb.

Qeyd edək ki, növbəti əmək yarmarkası iyunun 9-da Kəngərli rayonunda təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed