Şrift:
Ermənilər Türkel TV-nin saytını dağıtdı - FOTO
19.10.2012 [12:07] - Hadisə
Azərbaycanda fəaliyyət göstərən regional “Türkel” televiziyasının rəsmi internet saytına (turkeltv.az) haker hücumu olub.

Bu barədə “Türkel” televiziyasının “Xəbərlər” redaksiyasının prodüseri Şəfiqə Fazil məlumat verib. O, internet saytın haker hücumuna məruz qalmasında erməni tərəfindən şübhələndiklərini bildirib. Belə ki, saytda Azərbaycanla bağlı təhqirlər, həmçinin Ramil Səfərovun Azərbaycan bayrağını təhqir etdiyi üçün öldürdüyü Qurgen Markaryanın fotoları yer alıb.

Hakerlər özlərini “ARMENİAN CYBER ARMY” kimi təqdim ediblər.
Bu xəbər oxucular tərəfindən 1377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed