Şrift:
İspaniya və Maltadan gələn turistlərin Latviyada karantin qaydalarına riayət etmələrinə ehtiyac qalmayacaq
07.06.2020 [10:03] - Gündəm, Sosial
İspaniya və Maltadan gələn turistlərin Latviyada özünütəcrid qaydalarına riayət etmələrinə ehtiyac qalmayacaq.

Bu barədə Latviyanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi (XNPM) məlumat yayıb.

Bildirib ki, buna səbəb, ölkələrdə 14 gün ərzində əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı 15-dən azdır.

Qeyd edilib ki, Latviyaya gəldikdən sonra, ikihəftəlik özünütəcrid qaydalarına Avropa İttifaqının və Avropa İqtisadi Zonasının beş ölkəsindən − İrlandiya, Belçika, Portuqaliya, İngiltərə və İsveçdən olan səyahətçilər hələ də riayət etməlidirlər.

Öz növbəsində, özünütəcrid qaydalarına Lüksemburq, Hollandiya, İtaliya, Danimarka, Polşa, Rumıniya, Fransa, Finlandiya, Almaniya, Çexiya, Estoniya, Avstriya, Bolqarıstan, Litva, Macarıstan, Norveç, İsveçrə, Kipr, Yunanıstan, İslandiya, Slovakiya, Xorvatiya, Sloveniya, Lixtenşteyn, Malta və İspaniyadan Latviyaya gələn şəxslər də riayət etməyə bilərlər.

Qeyd edək ki, Baltikyanı ölkələrin hamısında koronavirusun yayılma sürəti aşağı düşməkdə davam edir.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed