Şrift:
100-dən çox türkiyəli qadın və kişi Qarabağda döyüşmək üçün müraciət etdi (VİDEO)
19.10.2012 [12:21] - Sosial
Könüllülər bu məqsədlə yazdıqları ərizələri Azərbaycanın Qars konsulluğunun İğdır nümayəndəliyinə veriblər

Türkiyədə bir qrup qadın və kişi xüsusilə Ermənistan prezidenti Serj Sarkisyanın son günlər verdiyi bəyanatlara etriazlarını bildirmək məqsədilə Qarabağda döyüşmək üçün könüllü olmaq istədiklərini açıqlayıblar. ASİM-DER mətbuat mərkəzindən Davam.Az-a verilən məlumata görə, Əslsiz erməni İddiaları ilə Mübarizə dərnəyi (ASİM-DER) və Gənclik Klubu Dərnəyinnin (GENÇ-DER) üzvü olan 100-dən çox İğdır sakini bu məqsədlə yazdıqları ərizələri Azərbaycanın Qars konsulluğunun bu şəhərdəki nümayəndəliyinə təhvil veriblər. Nümayəndəliyin əməkdaşları isə qəbul etdikləri ərizələri lazımi yerlərə çatdırılacağını deyib.

Keçirilən aksiya barədə mətbuata açıqlama verən ASİM-DER rəhbəri Göksel Gülbey bu addımlarının səbəbi kimi Ermənistan prezidenti Sarkisyanın son günlər Qarabağ barədə verdiyi bəyanatları göstərib. Sarkisyanın, “Qarabağ qanla alınıb, qanla veriləcək” – deyərək Azərbaycanı hədələdiyini xatırladan Gülbey iğdırlı Azərbaycan türklərinin lazım olacağı təqdirdə könüllü olaraq Qarabağda döyüşəcəyini vurğulayıb.

Açıqlamasında ermənilərə də səslənən Göksel Gülbey onları Sarkisyana dəstək verməməyə çağırıb. “Burdan bütün ermənistan xalqına səslənirik. O təxribatçı və uşaq qatili prezidentinizi aşağıya endirin. Əks təqdirdə meydana gələcək döyüşdən Ermənistan da, erməni ictimaiyyəti də ziyanla çıxar”.

Dərnək üzvləri daha sonra Qarabağa dəstək şüarları səsləndiriblər.

Bu xəbər oxucular tərəfindən 1173 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed