Şrift:
Türkiyədə bir gündə koronovirusdan 23 nəfər ölüb
08.06.2020 [09:28] - Xəbərlər, Siyasət
Türkiyədə yeni növ koronavirusla (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 7-də ümumilikdə 35 min 335 nəfər yoxlamadan keçirilib. Onlardan 914 nəfərdə virus aşkarlanıb.

Səhiyyə Nazirliyi xəbər verir ki, gün ərzində 2647 nəfər sağalıb, 23 nəfər dünyasını dəyişib. Bu gün sağalanların sayı dünənkindən 725 nəfər çoxdur.

Bu vaxtadək 2 milyon 338 min 593 nəfər koronovirus testindən keçirilib. Onlardan 170 min 132 nəfərdə virus aşkar olunub. Hazırda 613 nəfər reanimasiyada, 274 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. Hər iki halda artım müşahidə olunur. İndiyədək bu virusdan 4 min 692 xəstə dünyasını dəyişib, 137 min 969 xəstə sağalıb.
Bu xəbər oxucular tərəfindən 241 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed