Şrift:
Qəbələli gənclər pandemiyaya qarşı mübarizə tədbirlərini davam etdirirlər
08.06.2020 [09:42] - Gündəm, Gənclik
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq!” kampaniyasına həvəslə qoşulan Qəbələ rayonunun gənc könüllüləri sakinlər arasında ictimai maarifləndirmə tədbirlərini davam etdirirlər.

Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Teymur Alşanov bildirib ki, aksiya çərçivəsində gənclər koronavirusdan qorunmaq məqsədilə hazırlanan və üzərində “Burada qaydalara əməl olunur”, “Nümunəvi obyekt”, “Aralı əyləşin, sağlam olun”, “Məsafə saxla”, “Bir-birimizi qoruyaq”, “Sağlamlıq məsafəsi saxlayın” və digər təbliğat-təşviqat şüarları yazılmış stiker-etiketləri əhalinin daha çox toplaşdığı məkanların, restoran və kafelərin, bankomatların, ödəmə terminallarının qarşısına, ictimai nəqliyyat vasitələrinə, şəxsi avtomobillərə yapışdırıblar.

Direktor qeyd edib ki, belə tədbirlər davamlı xarakter daşıyacaq. Əsas məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaqdır.
Bu xəbər oxucular tərəfindən 280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed