Şrift:
Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 3-cü nömrəsini nəşr edib
08.06.2020 [10:40] - Gündəm, Mədəniyyət
Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 3-cü nömrəsini nəşr edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" və 44 və 70 nömrəli proqramlar üzrə qəbul imtahanı proqramları təqdim olunub.

Magistraturaya qəbul aparılan ixtisaslaşmaların siyahısı, proqram seçimi, ixtisaslaşma seçimi haqqında elan və digər zəruri məlumatlar “Magistr” jurnalının 4-cü nömrəsində iyunun 9-da dərc olunacaq.

“Magistr” jurnalının 3-cü nömrəsinin elektron versiyasını (PDF formatında) günün ikinci yarısından etibarən DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar: http://eservices.dim.gov.az/ejurnal
Bu xəbər oxucular tərəfindən 220 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed