Şrift:
Kürd terrorçuları tərəfindən öldürülən azərbaycanlı əsgərlərin anım mərasimində iştirak edənlər həbs edilib
08.06.2020 [13:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Marağa şəhərinin ictimai fəalları ötən həftə Sufi Çay parkında toplaşaraq terror qurbanlarının xatirəsinə şam yandırmaq istəyiblər, ancaq polis qüvvələrinin hücumuna məruz qalıblar.





Məlumata görə, polis qüvvələri dinc aksiyada iştirak edənlərin bir neçəsini 12 nömrəli polis bölməsinə aparıb. Nəzarət altında saxlanılanların sayı və vəziyyəti haqda dəqiq məlumat yoxdur.





Mayın 29-da Qərbi Azərbaycan əyalətinin Sarıdaş (Sərdəşt) şəhərinin 20 kilometrliyində yerləşən sərhəd məntəqəsində kürd terrorçuları ilə sərhədçilər arasında baş verən silahlı qarşıdurma nəticəsində milliyyətcə Azərbaycan türkü olan 3 sərhədçi, Marağa şəhər sakini Taqı Bəhrevər, Qoşaçay şəhər sakini Hadi Əbdi və Təbriz şəhər sakini Əlirza İslamdust aldıqları güllə yarasından ölüb.





İran təhlükəsizlik qüvvələri Təbriz və Urmiya şəhərlərində də bənzər anım mərasimlərinin keçirilməsinin qarşısını alıb.
Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed