Şrift:
Azərbaycan Ordusu daha bir əsgərini itirib
28.10.2011 [11:25] - Gündəm
Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Taleh Teymur oğlu Hüseynbalazadə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, T. Hüseynbalazadə 2010-cu ildə Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed