Şrift:
Şəkidə ağac kəsənlərlə bağlı prokurorluqda cinayət işi başlanıb
09.06.2020 [11:36] - Gündəm, Hüquq
Şəki şəhəri, M.Ş.Həmidov küçəsində ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəki Rayon Prokurorluğuna daxil olmuş material araşdırılıb.

Şəki Rayon Prokurorluğu daxil olan məlumatında bildirilir ki, aparılmış araşdırmalarla bir qrup şəxsin qabaqcadan əlbir olaraq müxtəlif diametrlərdə köküstə yaş şam və cökə cinsinə məxsus ağacları qanunsuz şəkildə dib köklərindən kəsərək təbiətə 3800 manat məbləğində zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış material üzrə Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon polis şöbəsinin istintaq bölməsinə göndərilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed