Şrift:
Son 24 saatda Özbəkistanda 117 nəfər koronavirusa yoluxub
09.06.2020 [11:41] - Gündəm, Sosial
Son sutka ərzində Özbəkistanda COVID-19 virusuna yoluxanların sayı 177 nəfər olub. Ölkədə virusa yoluxanların sayı 4448 nəfərə çatıb. Son 24 saat ərzində bir xəstə həyatını itirib.

Bu barədə Özbəkistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, pandemiya dövründə 3357 xəstə sağalıb, 1073 nəfərin isə müalicəsi davam etdirilir. Karantində 45 mindən çox insanın olduğu bildirilir. Operativ Qərargahdan verilən məlumata görə, iyunun 21-dək Moskva, Seul, Novosibirsk, Yekaterinburq, İstanbul, Dubay və digər şəhərlərdə qalan Özbəkistan vətəndaşları ölkəyə gətiriləcək.
Bu xəbər oxucular tərəfindən 253 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed