Şrift:
Ermənistanda koronavirusa yoluxanların sayı 14 minə yaxınlaşır
09.06.2020 [11:47] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Son sutka ərzində Ermənistanda koronavirusa daha 350 nəfər yoluxub. Altı nəfər isə pandemiyanın qurbanı olub.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 13 min 675 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı isə 217-yə yüksəlib.

Hazırda Ermənistanda 8943 aktiv koronavirus xəstəsi var.
Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed