Şrift:
Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında rekord artım: 345 nəfər
09.06.2020 [11:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu rəqəm epidemiyanın başlanmasından bəri rekord göstərici hesab olunur. Daha öncə ən yüksək yoluxma halı iyunun 4-də 303 nəfər olaraq qeydə alınıb.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 7 min 135 nəfərə çatdığını bildirib. Ağazadə infeksiyadan ölənlərin sayının 251 nəfərə çatdığını deyib.





Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 3 min 44 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda yeni koronavirusa yoluxma faktı qeydə alınmayıb. Ərdəbildə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verilməyib.





Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1218 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 13 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 136 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 1002 nəfərinin tam sağaldığını bildirib.





Güney Azərbaycanın Həmədan, Şərqi Azərbaycan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed