Şrift:
ABŞ iqtisadiyyatı rəsmən resessiyaya mərhələsinə daxil olub
09.06.2020 [12:26] - Gündəm, Siyasət
ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosu COVID-19 pandemiyası səbəbindən ABŞ iqtisadiyyatının resessiyaya mərhələsinə daxil olması barədə hesabat dərc edib.

Hesabatın müəllifləri koronavirusun yayılması səbəbindən iş yerlərinin və istehlak tələbatının azalması ilə ABŞ iqtisadiyyatı tarixinin 2009-cu ilin iyun ayından başlayaraq 128 ay davam etmiş ən uzunmüddətli iqtisadi artım epoxasına son qoyulduğunu qeyd ediblər.

ABŞ-da iqtisadi resessiya adətən istehsalatda ardıcıl iki rüb ərzində müşahidə edilən mənfi artım tempindən sonra elan olunur. Milli İqtisadi Tədqiqatlar Bürosunun nümayəndələri "əhəmiyyətli dərəcədə azalmanın" artıq fevral ayında başlandığını bildiriblər.

Pandemiya mərhələsinin başlanğıcından bəri Amerika Birləşmiş Ştatlarında 42 milyondan çox insan iş yerini itirib və işsizlik müavinəti almaq üçün müraciət edib. Ştatların administrasiyaları tərəfindən koronavirusa görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər səbəbindən minlərlə müəssisə öz fəaliyyətlərini dayandırmalı olub.
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed