Şrift:
“Ağdam: Qafqazın Xirosiması”
20.10.2012 [14:02] - Diaspor
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə “Ağdam: Qafqazın Xirosiması” fotoalbomu nəşr edilib.

Kitabda erməni vandalları tərəfindən darmadağın edilmiş şəhərin həm işğaldan əvvəlki, həm də indiki təsvirləri yer alıb. Bu təsvirlər erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli cinayətin miqyası haqqında aydın təsəvvür yaradır.
Fotoalbomda ingilis və macar dillərində Ağdam şəhərinin və böyük hissəsi indi də erməni işğalı altında qalan Ağdam rayonunun tarixi abidələri, mədəni və iqtisadi həyatı barədə faktlar əsasında məlumat verilib.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev fotoalboma “Ağdam: Qara taleli ağ şəhər” başlıqlı müqəddimə yazıb. Fotoalbom Macarıstanda akkreditə olunan səfirliklər, ölkənin ictimai-siyasi institutları arasında yayılmış, ölkənin 200-dən çox kitabxanasına hədiyyə edilib.
Bu xəbər oxucular tərəfindən 1054 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed