Şrift:
Yazıçı-publisist Səyyad Aranın yeni kitabı işıq üzü görüb
09.06.2020 [15:46] - Gündəm, Mədəniyyət
Bu günlərdə yazıçı-publisist Səyyad Aranın “Başdaşı” adlı yeni kitabı nəşr olunub.

Kitabın redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.

Səyyad Aran çağdaş Azərbaycan nəsrində müharibə mövzusuna ən çox yer verən müəlliflərdən biridir. “Başdaşı” əsərində Qarabağ müharibəsinin Azərbaycan xalqının başına gətirdiyi faciələr, işğal olunmuş torpaqlarımız, əsir düşmüş insanlarımızın taleyi, bütün bunların cəmiyyətin həyatına təsiri, vurduğu yaralar və digər məsələlər geniş və hərtərəfli əksini tapıb.
Bu xəbər oxucular tərəfindən 264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed