Şrift:
Azərbaycanda COVID-19-a daha 315 nəfər yoluxub, 229 nəfər sağalıb
09.06.2020 [18:20] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib. Aktiv xəstə sayı 3487 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 349 min 200 test aparılıb.
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed