Şrift:
İran iqtisadiyyatı tənəzzüldə
20.10.2012 [15:13] - İqtisadiyyat, DAVAMın yazıları
Avropa İttifaqına üzv dövlətlər İrana qarşı ən sərt sanksiyaları tətbiq ediblər.

Avropa İttifaqına üzv dövlətlər çərşənbə günü İranın nüvə proqramına qarşı indiyədək ən sərt sanksiyaları tətbiq ediblər. Avropa və ABŞ (Amerika Birləşmiş Ştatları) rəsmiləri belə sanksiyaların İranın nüvə ambisiyalarının (cahtələbi) qarşısının alınmasına yardım edəcəyini deyirlər. Lakin bəzi təhlilçilər sanksiyaların heç bir nəticə vermədiyini, yalnız İran valyutasının dəyərini endirdiyini və bununla da iranlıların əziyyət çəkməsinə gətirib çıxardığını deyirlər.

İranın sürətlə hərəkət edən qaçaqmalçıları. Bir dəstə yeniyetmə Əmmandan Hörmüz körfəzi ilə İranın cənub limanlarına qaçaqmal gətirir. Lakin qaçaqmalçılar rialın dəyərini itirməsi üzündən iranlıların bu malları ala bimədiklərini deyirlər. Onlar o tayda vəziyyətin həqiqətən gərgin olduğunu, hökumətin insanlara əziyyət verdiyini deyir.

Avropa İttifaqının nazirləri bazar ertəsi İrana qarşı yeni sanksiyalar irəli sürdülər, çərşənbə axşamı İranın 30-dan çox şirkəti hədəf alındı. İran isə nüvə proqramının atom bombası hazırlamaq üçün deyil, mülki məqsədlər üçün olduğunu iddi etməkdə davam edir.

Qərb hərbi konfliktin qarşısının alınması üçün İrana qarşı sanksiyaların yeganə çıxış yolu olduğunu deyir.

Almaniyanın xarici işlər naziri Gido Vestervell: “Biz təzyiqin artırılması və danışıqların daha səmərəli olması üçün ticarət və bank, nəqliyyat və enerji sahələrinə qarşı yeni sanksiyalar paketi hazırlamışıq.
Bundan əlavə, biz bu sanksiyaların qarşısını ala biləcək maneələrin də aradan qaldırılması üçün əlavə addımlar atacağıq.”

İstər qanuni, istərsə də gizli, İran iqtisadiyyatı tənəzzüldədir. İranda pulun dəyərinin düşməsi Tehranda nümayişlərə səbəb olub. İslam Respublikası Avropa Birliyinin ona qarşı həyata keçirdiyi sanksiyaların qeyri-insani və səmərəsiz olduğunu bəyan edib.
Ceymi İnqram Yaxın Şərq üzrə təhlilçidir: “Bu, iranlıların ciblərinə zərbədir. Bundan əlavə, idxala qoyulan qadağa ərzaq çatışmazlığı deməkdir. Əsasən də Ramazan ayında toyuq çatışmazlığını, bu yenə də sadə iranlılara təsir edəcək. Və biz bunu getdikcə daha çox görəcəyik.”

Təhlilçilər sanksiyaların İran sənayesinə güclü zərbə vurduğunu və İranın yeni bazarlar axtardığını deyirlər.

İranın enerji naziri Məcid Namco Dehliyə səfər edərək, Hindistanın İrana investisiya qoyacağına ümid etdiyini deyib. “Bizim dövlət Hindistanın özəl sektoruna və özəl şirkətlərinə yaxşı qiymət təklif edəcək ki, bu da Hindistanın xeyrinə olacaq.”

Tənqidçilər sanksiyaların İranın nüvə proqramının qarşısının alınmasına deyil, iranlıların əzziyyət çəkməsinə səbəb olduğunu deyirlər. “Molla hökuməti ilə xalq arasında sosial razılığın əsasında xalqa müəyyən imtiyazların verilməsi dayanır. Amma vəziyyət getdikcə hökumət üçün arzuolunmaz hal alır.” deyə, İnqram bildirir.

Təhlilçilər Avropa İttifaqının yeni sanksiyalarının İran iqtisadiyyatını daha da ağır vəziyyətə salacağını deyirlər.
VOA
Bu xəbər oxucular tərəfindən 1900 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed