Şrift:
İranda daha 81 nəfər koronavirusdan ölüb, 2011 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb
10.06.2020 [14:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sima Sadat Lari bildirib ki, son bir gün ərzində İranda daha 81 nəfər koronavirusdan həyatını itirib, 2011 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib: “Bununla da bu günə qədər ölkədə koronavirusdan ölənlərin ümumi sayı 8 min 506 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 177 min 938 nəfərə çatıb.


Xoşbəxtlikdən son bir sutkada xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 140 min 590 nəfərə yüksəlib” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bəyan edib.


Yeni sözçü, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olaraq xüsusi rejimli xəstəxanalarda müalicə alanların sayını açıqlamayıb.



Sima Sadat Lari, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının nəfərə, yoluxanların sayının isə nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 51 min 500 nəfəri keçdiyini, 1 milyon 100 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 331 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed