Şrift:
Təbrizdə “Traktor” komandasının qələbəsi böyük coşqu ilə qeyd olunub
22.10.2012 [10:33] - Güney Azərbaycan xəbərləri, İdman
Oktyabrın 20-də İranın futbol üzrə ölkə çempionatının 12-ci həftəsi çərçivəsində son dərəcə prinsipial oyun baş tutub.Təbrizin “Traktor” komandası doğma divarlar arasında Tehranın “İstiqlal” klubunu qəbul edib. Təbrizin “Səhənd” stadionunda çox gərgin keçən qarşılaşma “Traktor”un qələbəsi ilə başa çatıb – 2:0. 60 min azarkeşin izlədiyi və hazırda Təbriz zindanında saxlanılan azərbaycanlı siyasi məhbus Fərdin Muradpura həsr olunmuş görüşdə 90 dəqiqə boyunca milli və siyasi şüarlar səsləndirilib. Bununla da 12 oyundan sonra “Traktor” 20 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. Oyundan sonra azərbaycanlı azarkeşlər küçələrə axışaraq Təbriz komandasının qələbəsini böyük coşqu ilə qeyd ediblər. Onlar Azərbaycan musiqisinin sədaları altında rəqs edərək əyləniblər.
Təbrizdə “Traktor” komandasının qələbəsi böyük coşqu ilə qeyd olunub
Təbrizdə “Traktor” komandasının qələbəsi böyük coşqu ilə qeyd olunub
Təbrizdə “Traktor” komandasının qələbəsi böyük coşqu ilə qeyd olunub
Təbrizdə “Traktor” komandasının qələbəsi böyük coşqu ilə qeyd olunub
Bu xəbər oxucular tərəfindən 1348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed