Şrift:
Salyanda 8700 ton tərəvəz yığılıb
11.06.2020 [10:35] - Gündəm, İqtisadiyyat
Salyanda tərəvəz yığımı davam edir. Məhsul istehsalçıları erkən yazda əkdikləri 13 min 724 hektar tərəvəz sahəsindən bu günədək 8 min 700 ton məhsul toplayıblar.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, bu mövsüm salyanlı fermerlər 13 min 724 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə gözlənildiyindən də çox məhsul yetişib. Xeyli vaxtdır ki, əkinçilər yetişdirdikləri məhsulun yığımını aparırlar.

Artıq əkilmiş tərəvəz sahəsinin 194,5 hektarından 8 min 700 ton məhsul yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 ton çoxdur.

Tədarük olunan məhsulun 2,8 tonunu yaşıl lobya, 757,3 tonunu xiyar, 7659,4 tonunu pomidor, 64,1 tonunu sarımsaq, 216,5 tonunu isə digər tərəvəzlər təşkil edir.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed