Şrift:
Alimlərin şeirlərindən ibarət ədəbi almanax hazırlanır
11.06.2020 [11:02] - Gündəm, Mədəniyyət
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı və Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə elm adamlarının şeirlərindən ibarət ədəbi almanax çap ediləcək. Bu barədə AMEA-dan bildirilib.

Bədii yaradıcılığa həvəsi olan AMEA əməkdaşları bu sahədə özünü sınamağa dəvət olunur. Kitaba hər bir müəllif tərəfindən 3 şeir ilə yanaşı, 2 hekayə də təqdim oluna bilər.

Müəlliflərdən tərcümeyi-hal, 3 şeir və 2 hekayə, 1 ədəd 3x4 ölçüdə şəklin elektron formada göndərilməsi tələb olunur.

Şeir, hekayə və tərcümeyi-hallar iyun ayının 30-na qədər AMEA Azad Həmkarlar İttifaqının elektron ünvanına (ameaahi@mail.ru) göndərilməlidir.
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed