Şrift:
Milli hüquqları uğrunda çalışdıqları üçün həbs edilən güney azərbaycanlı ata və oğula sosial şəbəkədə dəstək
11.06.2020 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Birlikdə 12 ay həbs cəzasına məhkum edilən ata və oğul iyunun 6-da Təbriz məhkəməsinin hökmləri icra edən şöbəsinə getdikdən sonra saxlanılıblar. Onların əlləri qandallı şəkildə həbsxanaya aparılması azərbaycanlıların böyük narazılığına səbəb olub.





Azərbaycanlı sosial şəbəkə istifadəçiləri İran təhlükəsizlik qüvvələrinin türk mədəni fəallarına qarşı kobud davranışını tənqid ediblər.





Güney azərbaycanlılar Cəfər İsməilzadə və Milad İsməilzadəyə dəstək məqsədilə ictimai şəbəkələrdə posterlər də paylaşıblar. Ata və oğulun qandallı şəkilini özündə əks etdirən posterlərin birində aşağıdakı şeir yazılıb:



“Atalı-balalı omuz-omuza

Çıxdılar yurd üçün müqəddəs yola

Qəhrəman Təbrizin özgür harayın

Yayırlar yenidən Azərbaycana”
Bu xəbər oxucular tərəfindən 339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed