Şrift:
Koronavirusla mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, vətəndaşların məsuliyyəti də əsas şərtlərdəndir
11.06.2020 [11:17] - Xəbərlər, Sosial
Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə ən qabaqcıl ölkələrdəndir. Dövlətimiz vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunması üçün səmərəli, ən təxirəsalınmaz tədbirləri həyata keçirir. Lakin bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də xəstəliyə yoluxma halları davam etməkdədir. Odur ki, infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması üçün hər bir vətəndaş dövlətə dəstək olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq metodiki göstərişlərinə əməl etməlidirlər.

Bu sözləri müsahibəsində Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri Tunarə Məmmədzadə deyib.

Tunarə Məmmədzadə bildirib ki, koronavirusla mübarizədə dövlətimiz lazım olan bütün tədbirləri layiqincə yerinə yetirir. Koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl xəstəxanalar ayrılıb, “Yeni klinika" və modul tipli xəstəxanalar istifadəyə verilib. Ölkəmizdə tibbi maska ilə yanaşı, tibbi spirt, dezinfeksiya məhsulları, qoruyucu kombinezonlar istehsal edilir. Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır.

"Koronavirusla mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, vətəndaşların məsuliyyəti də əsas şərtlərdəndir. Hər bir vətəndaş özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün üzərinə düşən məsuliyyəti dərk etməlidir. Pandemiyadan qorunmaq, onun kütləvi yayılmasının qarşısının alınması üçün hər bir kəs ilk növbədə şəxsi gigiyenaya riayət etməlidir. Sosial məsafəni gözləmək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmək olduqca vacibdir. Əgər biz ümumbəşəri bəladan birdəfəlik xilas olmaq, əvvəlki həyatımıza qayıtmaq istəyiriksə bu qaydalara əməl etməliyik", - deyə T.Məmmədzadə vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed