Şrift:
İranda daha 78 nəfər koronavirusdan ölüb. Xəstəlikdən həyatını itirənlərin sayı 8584 nəfərə çatıb
11.06.2020 [15:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O bildirib ki, son bir sutka ərzində İranın müxtəlif şəhər və bölgələrində 2238 yeni koronavirusa yoluxma halı da aşkar edilib: “Bununla da bu günə qədər İranda koronavirusdan ölənlərin ümumi sayı 8 min 584 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 180 min 156 nəfərə yüksəlib.



Son bir sutkada xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 142 min 663 nəfərə çatıb. Təəssüflər olsun ki, hazırda xəstəliyə yoluxan və xüsusi rejimli xəstəxanalarda saxlanılan 2728 nəfərin vəziyyəti ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bəyan edib.




Sima Sadat Lari, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 8584 nəfərə, yoluxanların sayının isə 180156 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 51 min 500 nəfəri keçdiyini, 1 milyon 100 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed