Şrift:
Ankarada maestro Niyazinin 100 illiyi qeyd olunub
22.10.2012 [11:01] - Mədəniyyət
Ankara Operasında Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatı TÜRKSOY tərəfindən dahi Azərbaycan bəstəkarı və dirijoru Niyazi Tağızadənin doğumunun 100 illiyinə həsr edilmiş konsert təşkil olunub.

Bu barədə Davam.Az-a Azərbaycanın Ankaradakı səfirliyindən bildirilib.

Tədbirdə Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov başda olmaqla səfirlik əməkdaşları, Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Kemal Fahir Genç, TÜRKSOY baş katibi Düsen Kaseinov, çox sayda millət vəkili, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Teatrları Baş Departamentinin rəhbəri Prof. Rengim Gökmen maestro Niyazinin yaradıcılığının dərin mahiyyətindən bəhs edib.

Daha sonra TÜRKSOY baş katibi Düsen Kaseinov öz çıxışında maestro Niyazinin Türk Dünyası və dünyanın mühüm incəsənət şəxsiyyətlərindən biri olduğunu qeyd edib, rəhbəri olduğu təşkilatın bu kimi tədbirlərə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Səfir Faiq Bağırov öz çıxışında maestro Niyazinin həyat və yaradıcılığından geniş və əsaslı şəkildə söz açıb, Azərbaycanın mədəniyyət və incəsənət potensialından ətraflı şəkildə bəhs edib və tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan Respublikası Dövlət Sinfonik Orkestri bədii rəhbər və baş dirijoru Rauf Abdullayevin rəhbərliyilə konsert proqramı olub. Konsertdə maestro Niyazi başda olmaqla dünyanın məşhur bəstəkarlarının əsərləri ifa olunub.
Bu xəbər oxucular tərəfindən 1082 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed