Şrift:
Misirdə COVID-19-a yoluxanların sayı daha da artacaq
12.06.2020 [09:17] - Gündəm, Sosial
Misir Səhiyyə Nazirliyinin rəsmisi Hüsam Hüsnü bildirib ki, iyun ayının ikinci yarısında COVID-19-a yoluxanların sayı artacaq. Onun sözlərinə görə, ölkədə hələ pandemiyanın pik nöqtəsi olmayıb və bu ayın sonunda hər gün 2-2,5 min nəfər virusa yoluxa bilər.

Misirin Səhiyyə Nazirliyi iyunun 11-də yeni növ koronavirus pandemiyası ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində COVID-19 virusuna 1442 nəfər yoluxub və beləliklə, ölkədə yoluxma halları 39 min 726 olub. O əlavə edib ki, Misirdə daha 35 nəfər yeni növ koronavirusun qurbanı olub, həyatını itirən pasiyentlərin ümumi sayı isə 1377 nəfərdir. Bundan başqa, son sutkada karantin xəstəxanalarında müalicə olunan 402 pasiyent sağalıb və xəstəlikdən şəfa tapanların ümumi sayı 10 min 691 nəfərə çatıb.

COVID-19-a yoluxmuş xəstə ilə təmasda olmuş Misirin Şəhərsalma naziri Əssəm əl-Qəzzar da öz evində 14 günlük karantin altına alınıb.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed