Şrift:
Tacikistanda koronavirusa yoluxanların sayı artıb
12.06.2020 [09:18] - Gündəm, Sosial
Tacikistanda son sutka ərzində COVID-19 koronavirusuna yoluxanların sayı 71 xəstə artaraq 4 min 834 nəfərə çatıb.

Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son 24 saat ərzində bir xəstə dünyasını dəyişib və ölənlərin sayı 49 olub.

Hazırda xəstəxanalarda 887 nəfər müalicə alır, son sutka ərzində 115 pasiyent sağalıb.

Qeyd olunur ki, karantində 1042 nəfər var.
Bu xəbər oxucular tərəfindən 306 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed