Şrift:
Azərbaycanlı millət vəkillər məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb ediblər
12.06.2020 [09:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məktubda İran İslam Respublikası konstitusiyanın 15-ci maddəsinin icra edilməsi və yerli dillərin məktəb və universitetlərdə tədris olunması tələbi irəli sürülüb.





Babul və Şuş millət vəkilləri istisna olmaqla məktubu imzalayan 31 deputat Güney Azərbaycandandır. Bəzi azərbaycanlı vəkillər, o cümlədən, Təbrizin millət vəkili Məsud Pezeşkiyan və Ərdəbil millət vəkili Əli Nikzadın sözügedən məktubu imzalamamaları diqqət çəkib.





İran Konstitusiyanın 15-ci maddəsində qeyri-fars dillərin tədrisinə icazə verilib. Lakin bir çox İran rəsmisi bu maddəni fərqli şəkildə şərh edərək onun dövlət qurumları üzərinə hər hansı məsuliyyət gətirmədiyini iddia edir.





İran rejimi ölkədə müxtəlif dillərin tədrisi üçün milyardlar tümən vəsait ayırır. Halbuki, əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə vermir və bunu tələb edən mədəni fəalları uzunmüddətli həbslərlə cəzalandırır.





İranda yaşayan türklər nəyinki öz dillərində təhsil almaq hüququndan məhrumdur, onlara ölkə üzrə yayımlanan türkcə qəzet və televiziya təsisinə belə icazə verilmir.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed