Şrift:
İranlı deputat Tehran küçələrinin birinin adının Corc Floyd adlandırılmasını təklif edib
12.06.2020 [09:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə "Twitter" səhifəsində yazan millət vəkili bu addımın "Qərbin kapitalist və irqçi siyasətlərinə etiraz olaraq" atılmasını təklif edib.



"Bu gün İran İslam Respublikası ölkədaxili diktatorluq və xarici istismardan əziyyət çəkən millətlər üçün ümid yeridir", - deyə Məhəmməd Mehdi Zahidi iddia edib.



İranlı deputatın dediklərinin əksinə olaraq, bu ölkə öz daxilində yaşayan azərbaycanlılar, ərəblər, bəluclar, kürdlər və digər etniklər, habelə müxtəlif dini azlıqlara qarşı ən çox repressiya həyata keçirən ölkələrdən biri hesab edilir. Dəfələrlə İranın təhlükəsizlik qüvvələri öz təməl hüquqlarını tələb edən güney azərbaycanlı fəalları qətlə yetirib və ya onları həbs edərək ağır işgəncələrə məruz qoyub, lakin buna görə heç bir polis həbs edilməyib. Amma ABŞ-da Corc Floydun ölümünə səbəb olan polislər cinayət məsuliyyətinə cəlb ediliblər.



Digər tərəfdən, ən son 2019-cu ilin noyabr ayında İranda benzinin qiymətinin bahalaşmasına qarşı keçirilən xalq etirazlarında ölkənin təhlükəsizlik qüvvələri 1500 sivil nümayişçini başlarından və sinələrindən güllələyərək qətlə yetirmişdi. Ən çox qırğın yaşanan bölgələrdən biri isə etnik ərəblərin yaşadığı Mahşəhr şəhəri olmuşdu. Təkcə burada "Sepah" və polisin etirazçıları qamışlıq əraziyə sıxışdırıb pulemyotla atəşə tutması nəticəsində azı 100 nəfər ölmüşdü. Bu günə qədər öz vətəndaşını güllələyək qətlə yetirən İran rejimi bu qətliama görə heç bir polis və ya rəsmini məsuliyyətə cəlb etməyib, əksinə onların öz vəzifələrini "lazımi səviyyədə yerinə yetirdiyini" dəfələrlə bəyan edib.
Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed