Şrift:
Qusarın Həsənqala kəndində canavarlar 11 qoyunu parçalayıb
12.06.2020 [10:35] - Gündəm, Hadisə
Qusar rayonunun Həsənqala kəndində canavarlar təsərrüfata hücum edib.

Kənd sakini Şöhrət Nemətovun tövləsinə soxulan yırtıcılar 11 qoyunu parçalayıb. Bundan başqa, canavarlar digər kənd sakini Cavanşir Zeynalovun da bir baş qoyununu parçalayıb.

Şöhrət Nemətov bildirib ki, hadisə gecə saat 3-4 radələrində baş verib. Canavarlar hasardan aşaraq həyətyanı sahədəki tövləyə soxulub. İki ay əvvəl də kənddə canavarların təsərrüfata hücumu qeydə alınıb.

Faktla bağlı Qusar Rayon Baytarlıq İdarəsinə və yerli icra qurumlarına məlumat verilib.
Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed