Şrift:
Qazaxıstan Senatına seçkilər avqustun 12-də keçiriləcək
12.06.2020 [10:50] - Xəbərlər, Türk dünyası-Turan
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 12-də parlamentin yuxarı palatasına - Senata seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.

Sənəddə Qazaxıstan Respublikası Parlamenti Senatı deputatlarının səlahiyyətlərinin konstitusiya müddətinin 2020-ci ilin oktyabrında başa çatması ilə əlaqədar olaraq, avqustun 12-də növbəti seçkilərin keçirilməsi qərara alınıb.

Bundan əlavə, hökumətə, Nur-Sultan, Almatı və Çimkənt şəhərlərinin, eləcə də bölgə administrasiyalarının rəhbərlərinə seçkilərin təşkili, maddi-texniki və maliyyə dəstəyinin göstərilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, Senat üzvlərinin səlahiyyət müddəti altı ildir.

Qazaxıstan qanunvericiliyinə görə, Senata üzvlərin seçilməsində respublika vətəndaşları ilə yanaşı, maslaxatların və yerli nümayəndəliklərin üzvləri iştirak edirlər.
Bu xəbər oxucular tərəfindən 739 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed