Şrift:
Muxtar respublikada qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılması davam etdirilir
12.06.2020 [11:00] - Gündəm, İqtisadiyyat
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 2020-ci ilin 5 ayı ərzində 278 halda hüquqi və 413 halda fiziki şəxslər tərəfindən daxil olmuş 64 mal çeşidini əhatə edən 285 halda səyyar və 691 halda mal nümunəsi laboratoriya analizindən keçirilib, aparılmış laboratoriya təhlilləri, əsasən, 565 yerli istehsal məhsullarını və 126 idxal məhsullarını əhatə edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, nəticədə, 689 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 2 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.

Muxtar respublika iqtisadiyyatına gündən-günə daha böyük töhfə verən ailə təsərrüfatlarının istehsal etdikləri ərzaq məhsullarından 2020-ci ilin ötən dövrü ərzində 263 halda orta nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laboratoriya təhlilləri aparılıb.

Yerli istehsal məhsullarından olan vafli, tütün məmulatları (siqaret), travertin, mərmər, sement, mineral sular cari ilin ötən dövrü ərzində Gürcüstan, Türkiyə, ABŞ, İraq, Ukrayna, Əfqanıstan, Belçika Krallığı, Türkmənistan kimi ölkələrə ixrac edilib.

Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən verilmiş 45 hаldа mənşə sertifikatı muxtar respublikada istehsal edilən məhsulların beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin etməklə müəssisələrin xarici ölkələrə məhsul ixracını asanlaşdırıb.

Muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası regionda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını mütəmadi olaraq davam etdirəcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası ən müasir avadanlıqlarla yüksəkkeyfiyyətli xidmət göstərir. Keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə Mərkəzi Qida Sınaq Laboratoriyasının Beynəlxalq Akkreditasiyadan keçirilməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, beynəlxalq akkreditasiya qurumu tərəfindən cəmiyyətdə monitorinqlər aparılmaqla akkrreditasiyanın müddəti 2023-cü ilədək uzadılıb.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed