Şrift:
AFFA nümayəndəsindən Rəsulzadəyə qarşı hörmətsizlik.
22.10.2012 [11:16] - Hadisə
Qurumun nümayəndəsi istiqlal banimizin bannerini stadiona gətirməyə imkan verməyib

AFFA-nın naməlum nümayəndəsi dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Rusiya-Azərbaycan qarşılaşmasında Məhəmməd Əmin Rəsulzadənin şəklini tribunaya aparmaq istəyən bir qrup gəncə mane olub.

“Vkontakte” sosial şəbəkəsindəki “Azərbaycan Onlayn” qrupundan məlumat verilir ki, Azərbaycan Demokratik Respublikasının qurucusu olan Rəsulzadənin şəkli və üzərində “Vətən deyib durmuşuq!” yazılan banner stadiona gətirilib. Ancaq bir müddət sonra bannerin yığışdırılması tələb olunub. Ən acınacaqlısı odur ki, bu bannerin götürülməsini Moskvadakı yerli hüquq-mühafizə orqanları yox, AFFA-dan olan nümayəndə tələb edib.

“Biz Rəsulzadənin bannerini stadiona gətirdik. Bir neçə mərhələdən ibarət yoxlamanı adladıq və tribunaya qədər çıxartdıq. Ancaq onu asmağa başlayanda AFFA-dan olan bir şəxs gəlib banneri çıxartmağımızı istədi”, - deyə aksiya iştirakçılarından biri bildirib.

Gənclər AFFA-nın sözügedən nümayəndəsindən eyni tələbi kamera qarşısında təkrarlamasını istəyiblər. O isə imtina edib. Amma son nəticədə banner götürülməli olub. Çünki yerli polis AFFA-nın nümayəndəsinin tərəfini tutub (
Bu xəbər oxucular tərəfindən 1255 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed