Şrift:
Türkiyənin Milli Müdafiə naziri ilə NATO-nun baş katibi arasında telefon danışığı olub
13.06.2020 [09:25] - Xəbərlər, Siyasət
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, tərəflər Suriya və Liviyadakı vəziyyəti başda olmaqla regional prosesləri, eləcə də iyunun 17-də başlanıb iki gün davam edəcək NATO Müdafiə nazirlərinin videoformatla keçiriləcək konfransına dair gündəlikdə olan məsələləri müzakirə ediblər.
Bu xəbər oxucular tərəfindən 175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed