Şrift:
Həbs edilən azərbaycanlı milli fəalların şəxsi əşyaları müsadirə olunub
13.06.2020 [09:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata görə, təhlükəsizlik qüvvələri iyunun 11-də gecə saat 20:00 radələrində Vasiqi qardaşlarının reklam sahəsində fəaliyyət göstərən mağazalarına gedib və 30 dəqiqə müddətində axtarış apardıqdan sonra fəallara məxsus kompüter və digər şəxsi əşyaları müsadirə edib.





Vasiqi qardaşları iyunun 10-da axşam İran təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerində yaxalanıblar.





Əli Vasiqi dünən ailəsi ilə əlaqə saxlayaraq Ərdəbilin İttilaat(kəşfiyyat) idarəsinin təcridxanasında saxlanıldıqlarını, nəzarətə alındıqları zaman təhlükəsizlik qüvvələri tərəfindən onlara qarşı güc tətbiq edildiyini bildirib.





Şahidlərin dediyinə görə, milli fəallar nəzarətə alındıqları zaman saxlanılmaları barədə çıxarılan hökmün göstərilməsini tələb edib, lakin təhlükəsizlik qüvvələri bundan imtina ediblər. Bundan sonra Əli və Rza Vasiqi məmurlara qarşı müqavimət göstərib. Şahidlər həmçinin təhlükəsizlik qüvvələrinin Vasiqi qardaşlarına qarşı güc tətbiq edilməsini və onların möhkəm döyülməsini təsdiqləyib.





Şahidlərin verdiyi məlumata əsasən, İran Təhlükəsizlik məmurlarının rəftarı əhalinin etirazına səbəb olub. Milli fəalların hansı səbəbdən tutulduğu barədə hələlik heç bir məlumat yoxdur.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed