Şrift:
Quterreş Səudiyyəyə atılan raketlərin İrana məxsus olduğunu təsdiqləyib
13.06.2020 [09:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda həmçinin qeyd edib ki, 2019-cu ilin noyabrı və 2020-ci ilin fevral ayında Amerika Birləşmiş Ştatlarının donanması tərəfindən ələ keçirilmiş gəmilərdə tapılmış silah-sursatlar və digər hərbi ləvazimatlar da İran istehsalıdır.


Sənəddə həmin hərbi ləvazimatların çoxunun həm İranda istehsal edilən silahlar oxşarlıq təşkil etdiyi, həm də üzərilərində fars dilində etiketlərin olduğu bildirilir.


May ayında Afifdə Səudiyyənin neft təsisatına, iyun və avqustda Abha beynəlxalq hava limanına, habelə sentyabrda Abqaiq və Xuraisdə yerləşən ARAMCO-nun neft təsisatlarına qarşı həyata keçirilmiş hücumlarda istifadə edilən raketlər və dronların qalıqları üzərində aparılmış araşdırmalar onların və ya hissələrinin İran istehsalı olduğunu göstərir", - deyə Quterreş qeyd edib.


İranın BMT yanındakı daimi nümayəndəsi hələlik hesabata münasibət bildirməyib.


Təhlükəsizlik Şurasının bu ayın sonlarına doğru baş katibin hesabatını müzakirəyə çıxaracağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed