Şrift:
Duz mağarasının şəfaverici gücü
13.06.2020 [11:00] - Xəbərlər, Sağlıq
Duz mağarası xüsusi avadanlıq və rahat oturacaqlarla təchiz olunan məkandır. Burada divarlar və döşəmə qalın duz qatından ibarət olur. Bu da öz növbəsində təmiz, mikrobsuz və hipoallergen mühit yaradır. Xüsusi aparat halogenerator vasitəsilə gözəgörünməyən dərəcədə kiçik duz dənəsi otağa yayılır. Nəticədə otaqda mikroiqlim yaradılır. Nisbi rütubət, temperatur və havada duzun miqdarı təbii duz mağarasında olduğu kimidir.

Duz mağarasında xəstələr otağa daxil olaraq 40 dəqiqə ərzində sakitləşdirici musiqi altında əyləşib nəfəs alırlar. Buradakı mühit onların əsəb sistemini sakitləşdirməyə xidmət edir.

Duz terapiyası bronxial astma, angina, əsəb, stress, allergiya və digər xəstəliklərə qarşı ən təbii müalicə üsuludur. Bundan əlavə, immuniteti gücləndirir, ciyərləri təmizləyir, mikrob və virusları öldürür. Müalicə xəstəlikdən və profilaktikadan asılı olaraq 10, 15, 20 seanslıq kurslara bölünür. Yaş həddi isə 2-dən yuxarıdır.

Duz mağarasında olarkən xəstəliyə qarşı mübarizə gücü artır, xaricdən allergenlər və zəhərli maddələrlə əlaqə kəsilir, orqanizmin fəaliyyəti sürətlənir.
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed