Şrift:
Zəncanda koronavirusa yoluxanların sayı 1271 nəfərə çatıb
13.06.2020 [14:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş deyib ki, bu günə qədər pandemiya yoluxucu xəstəliyinə yoluxan 1041nəfər də tam sağalaraq evə buraxılıb.



Pərviz Qızılbaşın dediyinə görə, Zəncanda bu günə qədər koronavirusdan ölənlərin sayı 139 nəfərdir və hazırda əyalətin müxtəlif şəhərlərində 280 nəfər də həkimlərin nəzarəti altında müalicə alır.



Güney Azərbaycanın digər əyalətlərində, yəni, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Qəzvin və Həmədanda koronavirus qurbanlarının son statistikası barədə hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed