Şrift:
Son sutka ərzində Qırğızıstanda koronavirusa 78 nəfər yoluxub
14.06.2020 [11:01] - Gündəm, Sosial
Son 24 saat ərzində Qırğızıstanda koronavirusa 78 nəfər yoluxub. Ölkədə virusa yoluxanların sayı isə 2285 nəfərə çatıb.

Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son sutka ərzində Bişkekdə 50, Çuy vilayətində 13, Cəlalabad və Talasda hər birində 5, Narında 3, İssık-Kulda 2 nəfər koronavirusa yoluxub.

Məlumatda bildirilir ki, son sutkada 69 xəstə sağalaraq evə buraxılıb.

Bu gün səhər saatlarında Moskva-Bişkek reysi ilə ölkəyə 437 Qırğızıstan vətəndaşı gətirilib və onlar karantinə yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed